
Vitamin D çatışmazlığı orqanizmin infeksiyalara qarşı müqavimətini azaldır. Foodinfo.az-ın məlumatına görə, mütəxəssislər, xüsusilə qış aylarında D vitamini səviyyəsini artırmağı vacib sayır. Bu vitaminin əsas mənbəyi günəş işığıdır, amma soyuq havalarda çatışmazlıq müşahidə olunur.
Vitamin D sümük sağlamlığını qoruyur və əzələ zəifliyinin qarşısını alır. Azlıq zamanı tərləmə, yorğunluq və depressiya kimi simptomlar yaranır. Həkimlər balanslı pəhrizdə D vitamini ilə zəngin qidaların, məsələn, balıq və yumurtanın daxil edilməsini tövsiyə edir.
Həmçinin ehtiyac olduqda vitamin əlavələri qəbul edilməlidir. Çox vitamin qəbul etməkdən çəkinmək lazımdır, çünki həddindən artıq dozalar zərərli ola bilər. Vitamin D səviyyəsini qan analizi ilə yoxlatmaq faydalıdır. Uşaqlar, yaşlılar və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Bu vitaminin çatışmazlığı xroniki xəstəliklərin riskini artırır. Gündəlik 15-20 dəqiqə günəş vannası faydalıdır.