Bal səhər yeməyi süfrəsinin vazkeçilməz qidalarından biridir. Ancaq bir çox insan balın xarlanmış görünüşünü sevmir. 

Bir neçə sadə tədbir görməklə balın xarlanmasının qarşısını almaq və balı əvvəlki vəziyyətinə qaytarmaq mümkündür.

 Foodinfo.az xəbər verir ki, balın şəkərlənməsi təbii bir prosesdir. Tərkibindəki təbii şəkərlər (qlükoza və fruktoza) su ilə həll olunur və zamanla kristallaşır. Balın xarlanması onun quruluşunu dəyişmir. Yəni şəkərli bal xarab olmur. 

Balı saxladığınız yerin temperaturu onun şəkərlənməsində mühüm amildir. Şəkərin qarşısını almaq üçün balı otaq temperaturunda və birbaşa günəş işığından uzaq saxlaya bilərsiniz. Bal soyuducuda da saxlanıla bilər, lakin 10 dərəcə və ya aşağıda saxlanılan balın axıcılığı azala bilər. Bundan əlavə, siz xarlanmış bal sevirsinizsə, daha yüksək fruktoza nisbəti olan bir bal seçə bilərsiniz, çünki qlükoza daha tez şəkərlənməyə səbəb olur. 

Harada saxlamağınızdan asılı olmayaraq bal müəyyən müddətdən sonra təbii olaraq xarlanır. Balı şüşə qablarda saxlayın, plastik kimi qablarda saxlasanız, maddələr balın dadının pisləşməsinə səbəb ola bilər. 

Kristalları həll etmək üçün açıq şüşə qabı isti suda saxlaya bilərsiniz. Bu anda suyun qaynamamasına diqqət yetirin. Həddindən artıq temperatur balın quruluşunu dəyişə bilər. İsti suda həll etmə prosesini eyni balın üzərində dəfələrlə tətbiq etməməlisiniz. Balın quruluşunu pozmamaq üçün ayrı bir qaba lazım olan qədər balı qoyun və qaynar suda saxlayın. 

Xarlanmış bal teksturası ilə fərqlənə bilsə də, dad baxımından adi bal ilə demək olar ki, eynidir. İstifadəsi təhlükəsiz olan xarlanmış baldan istifadə etməyin bir çox yolu var. Şirniyyatlarda şəkər əvəzinə bu baldan istifadə edə, çaya qarışdıra və ya üzünüz üçün aşındırıcı maska kimi istifadə edə bilərsiniz.