Tibb elmləri doktoru, dietoloq Mariyat Muxina Life.ru-ya bildirib ki, qaragilə xərçəngin qarşısını ala bilər.

Foodinfo.az xəbər verir ki, bu giləmeyvə antosiyaninlər adlanan maddə ilə zəngindir.

Antosiyaninlər güclü antioksidan xüsusiyyətlərə malikdir, hüceyrələri oksidləşdirici stresdən qoruyur, bu da DNT-də mutasiyaların və xərçəng hüceyrələrinin inkişafının qarşısını ala bilər.

Mariyat Muxina qeyd edib ki, tibb digər giləmeyvələrin oxşar xüsusiyyətlərini bilir. Məsələn, moruqda şiş hüceyrələrinin apoptozuna (proqramlaşdırılmış ölüm) səbəb ola bilən və metastazların yaranmasının qarşısını alan ellagik turşusu var.