Alimlər əmindirlər ki, qidalanmadan sonra isti çay və ya digər isti içkilərin qəbulu insanın bədən quruluşu ilə yanaşı sağlamlığına da mənfi təsir göstərir. 
Foodinfo.az bu barədə Rusiya KİV-ə istinadən xəbər verir. 

Qida sahəsində mütəxəssis olan Marqarita Lvova hər kəsin nəyə görə bu zərərli vərdişi tərgitməli olduğunu açıqlayır.

Dietoloqun sözlərinə görə, çay taninlərlə zəngindir ki, bu da dəmir və qida ilə birlikdə gələn digər faydalı maddələrin orqanizmə sovrulmasına mane olur. Belə çıxır ki, müəyyən məhsulların tərkibində olan bəzi vitamin və minerallar sadəcə olaraq orqanizmimizə daxil olmur və istənilən effekti, lazımi faydaları vermir. Xüsusən paket çaylarda bu cür zərərli maddələrin nisbəti daha artıq olur.

Həkim qeyd edir ki, çayı birdəfəlik həyatından çıxara bilməyənlər heç olmasa müəyyən qədər onu azaltmalı, məsələn nahar və şam yeməyindən 40 dəqiqə sonra çay mərasimi təşkil etməlidirlər.

Qeyd edək ki, ümumiyyətlə ekspertlər bu məhsulu gündəlik 400 ml-dən artıq istifadə etməyi məsləhət görmürlər.

Nurlan