Yüksək atmosfer təzyiqi şəraitində qidalanmamamızda nələrə diqqət yetirməliyik?
Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, yüksək atmosfer təzyiqi dövründə hipotonik və hipertonik xəstələr üçün qidalanma əhəmiyyətli dərəcədə fərqli olmalıdır.
Beləliklə, hipotonik xəstələr üçün doyumlu səhər yeməyini unutmamaq vacibdir, bu, onlara anormal yüksək atmosfer təzyiqində belə, bütün gün güclərini qorumağa kömək edəcəkdir. Hipertonik insanlar üçün əsas tövsiyə daha çox tərəvəz və meyvəni menyuya əlavə etməkdir.
Bu zaman hipertonik xəstələrə qida rasionunda kalium olan meyvə və tərəvəzlərin miqdarını artırmaq tövsiyə olunur. Az içmək və duzlu yeməklərdən uzaq olmaq lazımdır. Hipotoniklər günə tam səhər yeməyi ilə başlamalıdırlar, gün ərzində menyuya yüksək miqdarda beta-karotin və askorbin turşusu olan tərəvəz və meyvələr daxil edilməlidir.

Nərmin