Qaralmış və artıq yetişmiş meyvə-tərəvəzlərin dadı əvvəlki kimi olmaya bilər, lakin bu o demək deyil ki, onları istehlak etmək olmaz. Buna görə də, onları birbaşa istehlak edə bilməsəniz belə, bu meyvə və tərəvəzləri reseptlərə daxil edə bilərsiniz. Bir sözlə, qaralmış banan, yumşaldılmış kök və ya armuda bir şans verə bilərsiniz.

Foodinfo.az bildirir ki, burada yumşalmış meyvə və tərəvəz dedikdə pis qoxulu və müxtəlif canlıların çoxaldığını gözlərinizlə görə bildiyiniz yeməklərdən bəhs edilmir. Bu qaralmış banan, yumşalmış kök, saralmış cəfəri kimi xarab olduğu düşünülən meyvə və tərəvəzlər nəzərdə tutulmuşdur.

Bu vəziyyətdə olan meyvə və tərəvəzlər təzə və yüksək keyfiyyətli olmadıqları üçün xam istehlak edilə bilməz, lakin bəzi reseptlərə daxil edilə bilər.

Tərəvəz və meyvələr niyə yumşalır?

Meyvə və tərəvəzlər yetişdikdə sərt hüceyrə divarları fermentlər tərəfindən sadə şəkərlərə çevrilir. Yalnız hüceyrə divarı deyil, nişasta kimi böyük və mürəkkəb molekullar da sadə şəkərlərə parçalanır. Yəni meyvə yetişdikcə şəkərin miqdarı yüksəlir və buna görə də şirinliyi artır.

Yumşamış, lakin kif əmələ gəlməmiş meyvələr hələ də istehlak edilə bilər. Belə meyvələri hazırladığınız sous və ya tortun içinə qataraq qiymətləndirə bilərsiniz.

Meyvələr kəsildikdə niyə qaralır?

Almanı doğrayıb bir qədər gözlədiyimiz zaman və ya avokadonu ikiyə bölüb yarısını soyuducuya qoyduğumuzda bir müddət sonra qaraldığını görürük. Bu qaralmanın əsas səbəbi oksidləşmədir.  

Meyvə kəsildikdə, yəni hava ilə qarşılaşdıqda, tərkibindəki rəng komponentləri polifenol oksidaza adlı ferment tərəfindən parçalanaraq onun qaralmasına səbəb olur. Bu rəng birləşmələrinə fenolik birləşmələr deyilir. 

 Hansı halda tərəvəz və ya meyvəni yeməməli və mütləq atmalıyıq?

Meyvə-tərəvəz küflüdürsə, o zaman onları yemək olmaz. Hətta, kif olmasa belə kiflənmiş yeməyin düz yanında olan qidaları istehlak etməyin.