Zoğal qədim zamanlardan xalq təbabətində geniş istifadə olunur. Zoğalın meyvələri vərəm əleyhinə və iştahaçan vasitə kimi faydalıdır.
Foodinfo.az Metbuat.az-a istinadən zoğalın faydalarını təqdim edir:
- C vitamini ilə zəngin olan zoğal immunitet sistemini gücləndirir və bədəni soyuqdəymə kimi infeksiyalara qarşı qoruyur
- Sümük sağlamlığını qoruyur
- Həzm prosesini tənzimləyir, bağırsaqların sağlamlığını yaxşılaşdırır və qəbizlik problemlərinin qarşısını alır
- Tərkibindəki kaliumla qan təzyiqini tənzimləməyə kömək edir
- Xolesterin səviyyəsini tarazlaşdıraraq ürək-damar sağlamlığına müsbət təsir göstərir
- Sidik yollarında bakteriyaların çoxalmasının qarşısını alaraq sidik yolları infeksiyasının qarşısını almağa kömək edir
- İltihab əleyhinə xüsusiyyətləri sayəsində iltihabı azaldır, oynaq ağrıları və romatoid artrit kimi iltihablı vəziyyətlərə qarşı qoruyucu təsir göstərir
- Böyrək daşlarının düşməsinə kömək olur
- Ağız yaralarını yox edir.