
Saç tökülməsi və dırnaq qırılması təkcə kosmetik deyil, həm də qidalanma probleminin göstəricisi ola bilər. Foodinfo.az bildirir ki, diyetoloq Emily Rhodes bu simptomların səbəblərindən danışıb. O qeyd edir ki, bədəndə zülal çatışmazlığı olduqda toxumaların bərpası zəifləyir. Bu da ilk olaraq saç, dəri və dırnaqlarda özünü göstərir.
Rhodes bildirir ki, xüsusilə vegeterian və vegandietlərdə zülal miqdarına xüsusi diqqət yetirilməlidir. Paxlalılar, yumurta, süd məhsulları və qoz-fındıq kimi məhsullar zülal ehtiyacını qarşılaya bilər. Mütəxəssis tövsiyə edir ki, hər gün kiloqram başına təxminən 1 qram zülal qəbul edilsin. Qadınlarda və aktiv həyat tərzi sürən insanlarda bu rəqəm bir qədər yüksək ola bilər. Zülal çatışmazlığı həm də immun sistemi zəiflədə bilər.