Ömrünüzün uzunluğu və yaşlı vaxtınızdakı sağlamlıq vəziyyətiniz genetika, xəstəlik tarixçəniz, zərərli vərdişlər kimi bir sıra kriterilərdən asılıdır.
Foodinfo.az xəbər verir ki, bu barədə qida mütəxəssisi Emma Qudman-Horn danışıb.
Onun sözlərinə görə, əsas amillərdən biri düzgün qidalanmadır.
Diyetoloq daha uzun yaşamaq və 60 yaşdan sonra daha sağlam olmaq üçün aşağıdakı 7 qaydaya əməl etməyi məsləhət görüb:
1. Yüksək dərəcədə emal olunmuş qidalardan imtina edin. Bura "fast food", tez bişən yeməklər, dondurulmuş yarımfabrikatlar, kolbasa, şirniyyat və digər məhsullar daxildir.
2. Daha çox lif qəbul edin. Rasionunuzda taxıl, tərəvəz, meyvə və quru meyvələri artırın. Lifin daha yaxşı həzm olunması üçün kifayət qədər su için.
3. Daha çox ədviyyatlardan istifadə edin. Ədviyyatlar yeməklərin dadını yaxşılaşdırmaqla yanaşı, sağlamlığa da müsbət təsir göstərir.
4. Kifayət qədər kalsium qəbul edin. Kalsium güclü sümüklərin vacib tərkib hissəsidir. Bu maddəni süd məhsulları, yumurta, qoz-fındıq və dəniz məhsullarından almaq olar.
5. Meyvə və tərəvəzləri qabıqla yeyin. Vitaminlərin əksər hissəsi onların qabığında olur.
6. Çox duzlu qidalardan çəkinin. Rasionda duzun çoxluğu hipertoniyaya səbəb ola bilər.
7. Kifayət qədər kalori qəbul edin. Bir çox insanlar daha sürətli arıqlamaq üçün gündəlik kalori qəbulunu azaldır, lakin bu zaman yağ təbəqəsi ilə birlikdə əzələ kütləsi də yox olur. Əzələni isə sümüklərə və oynaqlara dəstək olması üçün ahıl yaşına qədər qorumaq lazımdır.