Səbzələrdə olan falavonoid kversetin yüksək təzyiqi salmağa qadirdir.
Foodinfo xəbər verir ki, Çin Tibb Universitetinin bir qrup alimi yeni elmi tədqiqatın nəticəsi olaraq sübut ediblər ki, göyərtilərdən ispanaq təzyiqi sala bilir.
Belə ki, təcrübə zamanı 900 nəfər xəstəyə kversetinlə zəngin bu bitki tərkibli qidalar verilib: alma, üzüm, qarağat, kələm, pomidor, ispanaq, çay.
Onlar 4 həftə boyu qrup şəklində bu qidaları qəbul ediblər.
Məlum olub ki, kversetin yuxarı təzyiqi 3,09 ml, aşağı təzyiqi isə 2,86 ml salır.
Arterial təzyiqin 10 ml azalması ürək infarktı və insultu 50% azaldır.
Bu təcrübənin sonunda daha çox ispanağın təzyiqi yaxşı saldığı sübut olunub.
Ona görə yüksək təzyiqi olanlara hər gün ispanaq yemək tövsiyə olunur.
Nurlan