Diyetoloq Luke Hannah müvəffəqiyyətli arıqlamaq üçün altı addımı açıqalyıb.

Foodinfo.az "Championship"-ə istinadən xəbər verir ki, o, 2020-ci ildə Obesity Reviews jurnalında dərc olunan elmi məqaləyə istinad edib. Bu araşdırma arıqlamağa və uzunmüddətli müvəffəqiyyətə kömək edə biləcək davranış və psixoloji amilləri müəyyən etmək üçün aparılmışdı.

Təcrübədə təxminən yeddi min insan iştirak edib. İştirakçılar orta hesabla ümumi bədən çəkisinin 20%-ni itirmiş və onu bir neçə il saxlamışlar.

Luke Hanna iştirakçıların riayət etdiyi altı vacib davranışı müəyyən edib.

- evdə yeməklərin planlaşdırılması və sağlam qidaların saxlanması;

- müntəzəm səhər yeməyi;

- tərəvəz istehlakının artırılması;

- şəkər istehlakının azaldılması;

- yağ istehlakının azaldılması;

- müntəzəm fiziki fəaliyyət.