Pekan qozu yüksək qida dəyərinə malik olan və bir çox faydalı xüsusiyyətləri ilə tanınan qoz növüdür. Foodinfo.az xəbər verir ki, onun tərkibində A, E və B vitaminləri, həmçinin maqnezium, kalsium, sink, fosfor kimi minerallar və faydalı yağ turşuları var. 

1.Pekan qozu tərkibindəki antioksidantlar və sağlam yağlar sayəsində ürək-damar sistemini qoruyur. Xolesterolu azaldır və damar tıxanıqlığının qarşısını alır.

2. Omega-3 yağ turşuları və E vitamini tərkibi ilə beyin funksiyalarını dəstəkləyir, yaddaşı və konsentrasiyanı yaxşılaşdırır.

3. Ondakı E vitamini dərini qocalma əleyhinə təsirlərlə təmin edir və saçları gücləndirir.

4. Lif tərkibi sayəsində həzmi yaxşılaşdırır və bağırsaq funksiyasını normallaşdırır.

Pekan qozunu balanslı şəkildə menyunuza daxil etməklə sağlamlığınızı dəstəkləyə bilərsiniz.