Alimlərin apardıqları yeni araşdırmalara görə, qara quşburnu və ya həmərsin bitkisi döş xərçəngi hüceyrələrini məhv edir. Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 


Bununla yanaşı sözügedən bitki xolesterola da müsbət təsir göstərir, qan şəkərinin tənzimlənməsində mühüm rol oynayır. 


Türkiyədə aparılan araşdırmaların nəticəsi isə onu göstərib ki, toz halına gətirilmiş quşburnu bitkisi xərçəng xəstəliyi ilə mübarizə aparır.


Hazırda bitkinin faydalarının heyvanlar üzərində sınaqdan keçirilməsi mərhələsinin başlanılması hədəflənir.

Nurlan