Duz insanların istifadə etdiyi ən qədim və geniş yayılmış məhsullardan biridir. Foodinfo.az xəbər verir ki, məhsul yalnız yeməkdə deyil, tibbdə də istifadə olunur. Son zamanlar duzun allergiya və göbələk infeksiyalarına qarşı kömək edə biləcəyi barədə daha çox danışılır.
Duz allergiya və göbələk infeksiyaları üçün faydalı ola biləcək bir sıra xüsusiyyətlərə malikdir. Bununla belə, əsas müalicə üsulu kimi deyil, köməkçi vasitə kimi qəbul edilməlidir.
Duz, xüsusilə dəniz və ya Himalay duzu, allergiya simptomlarını aradan qaldırmaq üçün müxtəlif formalarda istifadə olunur. Mütəxəssislər hesab edir ki, duz, antiseptik və antiinflamatuar xüsusiyyətlərinə görə, göbələklərlə mübarizədə həqiqətən kömək edə bilər.