Kəvər daha çox Aralıq dənizi bölgəsində geniş yayılmış, qida və dərman məqsədləri ilə istifadə olunan bir bitkidir.
Foodinfo.az xəbər verir ki, kəvər maqnezium, kalsium, kalium, lif və antioksidantlarla zəngindir. Ayrıca, A, C və K vitaminləri kimi vacib vitaminləri də ehtiva edir.
O, bədəndəki sərbəst radikalları zərərsizləşdirən flavonoidlər və rutosid kimi antioksidant maddələrlə zəngindir.
Kəvər bədənə iltihabı azaltmaqda kömək edir və xroniki xəstəliklər riskini azaldır.
Lif tərkibi yüksək olduğundan həzmi yaxşılaşdırmağa və qəbizliyi azaltmağa kömək edir.
Qan dövranını yaxşılaşdırmağa və damar sağlamlığını dəstəkləməyə kömək edən rutosid maddəsini ehtiva edir.
Bu tərəvəz turşu şəklində salatlara, sendviçlərə və dəniz məhsullarına əlavə edilir. Onun turş dadı yeməklərə fərqli bir ləzzət qatır.
Həmçinin xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.