Dietoloq, tibb elmləri namizədi Yelena Solomatina SE-yə müsahibəsində deyib ki, bəzi insanlarda meyvə çayının tərkibindəki bu və ya digər tərkib hissəsinə fərdi dözümsüzlük və allergik reaksiyalar var.
Foodinfo.az xəbər verir ki, meyvə çayı qarışığı bir çox inqrediyentdən ibarət ola bilər. Belə olur ki, sitrus meyvələri, çiyələk və digər giləmeyvə əlavə olunur. Bir insanın onlara qarşı allergiyası varsa, belə bir içki içmək xoşagəlməz nəticələrə səbəb ola bilər.
Bundan əlavə, mədə-bağırsaq xəstəlikləri olan insanlar, xüsusilə turşuluğu yüksək olanlar diqqətli olmalıdırlar.