
Pomidor, tərkibində olan likopen adlı güclü antioksidant vasitəsilə xərçəng riskinin azaldılmasında mühüm rol oynayır. Likopen hüceyrə DNT-sini qoruyur və sərbəst radikalların törətdiyi zədələnmələrə qarşı müdafiə mexanizmi yaradır. Bu maddə xüsusilə prostat, ağciyər və mədə xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Foodinfo.az bildirir ki, pomidor tərkibində C vitamini, A vitamini və fol turşusu ilə də zəngindir ki, bunlar da immun sistemini gücləndirir və orqanizmi xərçəng hüceyrələrinin inkişafına qarşı daha dözümlü edir. Araşdırmalara görə, bişmiş pomidor məhsullarında – məsələn, tomat pastasında – likopenin bədən tərəfindən mənimsənilməsi daha yüksək olur.
Pomidor həmçinin iltihabəleyhinə təsirə malikdir və xroniki xəstəliklərin, o cümlədən xərçəngönü vəziyyətlərin qarşısını almağa kömək edir.