
Səhər yeməyi günün ən vacib qidasıdır və düzgün seçim edilməlidir. Foodinfo.az bildirir ki, diyetoloq Yelena Solomantina qeyd edir ki, şirin qidalar, qızardılmış yeməklər və qazlı içkilər səhər yeməyi üçün uyğun deyil. "Boş mədəyə içilən kofe mədə turşuluğunu artıra bilər. Səhər ac qarına çox turş meyvələr yemək mədə problemlərinə səbəb ola bilər. Eyni zamanda sənaye üsulu ilə hazırlanan şirniyyatlar və çörəklər qan şəkərinin sürətlə yüksəlməsinə gətirib çıxaracaq" - deyə diyetoloq xəbərdarlıq edib.
Mütəxəssis bildirirb ki, sosiska və kolbasa kimi emal olunmuş ət məhsulları yüksək duz tərkibinə malikdir. "Çox yağlı yeməklər səhər qəbul edildikdə həzm sistemini yükləyə bilər. Səhər yeməyi üçün təbii və liflə zəngin qidalar daha faydalıdır. Balanslı səhər yeməyi gün ərzində enerjili qalmağa kömək edir. Səhər yeməyində tərəvəz, yumurta və südlü məhsullara üstünlük vermək tövsiyə olunur" - deyə həkim qeyd edib.