Bəzi qidaların təbii ağrıkəsici xüsusiyyəti mövcuddur. Foodinfo.az Türkiyə KİV-ə istinadən bu məhsullar barədə yazır.
Qeyd olunur ki, həzmlə bağlı problemlərə lobya bitkisi olduqca faydalıdır. Buna görə də mövsümündə həftədə iki dəfə bu bitkidən yeməklərdə istifadə olunmalıdır.
Belə ki, lobya yağ baxımından “kasıb” olasa da, tərkibindəki zülallar digər məhsulların həzm prosesinə öz töhfəsini verir. Bundan əlavə zərərli xolesterolun bağırsaqlar tərəfindən mənimsənilməsinin də qarşısını alır.
Ekspertlər həmçinin sarımsağın da faydalarını açıqlayıblar. Bu bitkinin təzyiq və xolesterol səviyyəsini tənzimləməyə kömək etdiyi qeyd olunur. Həmçinin sarımsaq vasitəsilə qanın durulanması və immunitetin güclənməsi də təmin olunur.
Fərid