İnsan orqanizminə möcüzəvi təsirləri olan qidalardan biri də tut qurusudur. Foodinfo.az Türkiyə KİV-ə istinadən sözügedən məhsulun faydalarını açıqlayır. 
Tut qurusunun tərkibində protein, karbohidrat, kalium, kalsiyum, dəmir və C vitamini mövcuddur.

Bu möcüzəli məhsul insan sağlamlığın qeydinə qalır, orqanizmi qüvvətləndirir. Tərkibindəki dəmir sayəsində qan azlığına kömək olur, qaraciyəri yağlanmaqdan qoruyur. Bununla yanaşı mədə və həzm sisteminin fəaliyyətini yaxşılaşdırır.

Şəkəri normaya salır, ürək xəstəliklərinin qarşısını alır.


Tut qurusunun tərkibindəki A və C vitaminləri immuniteti gücləndirir və insanı bir çox xəstəliklərdən qoruyur.

Fərid