Udi bitkisi tibbdə yüzillərdir istifadə edilir.
Foodinfo.az Medicina.az-a istinadən xəbər verir ki, udi hindi darçına bənzəyən və çubuq formasında olan Uzaq Şərqi Asiya bitkisidir. Yağı isə ağacın meyvəsindən əldə edilir. Hər zaman yaşıldır və 4 mövsüm meyvə verir. Bu bitkinin yetərli miqdarda istifadəsindən heç bir ziyan gəlməz.
UDİ HİNDİ YAĞININ FAYDALARI
İmmuniteti gücləndirir.
Mədə problemlərinə faydalıdır.
Qış xəstəliklərində tez-tez istifadə edilir.
Təbii antibiotikdir. İltihab və infeksiyalara qarşı mübarizə aparır.
Boğaz ağrısını aradan qaldırır. Cinsi aktivliyi artırır.
Vücudu toksin və mikroblardan təmizləyir.
Nəfəs yolları tıxanıqlığını ortadan qaldırır.
Ağız qoxusunu yox edər.
UDİ HİNDİ YAĞI NECƏ İSTİFADƏ EDİLİR?
Çaykimi və ya maskalarda istifadə edilir.
Bal ya da bəkməz ilə qarışdırılaraq da içilir. Suya bir neçə damla əlavə edərək də istifadə edilir.
UDİ HİNDİ YAĞININ ZƏRƏRLƏRİ
Udi hindinin düzgün istifadəsindən bir ziyanı yoxdur. Amma artıq istifadəsi bir sıra reaksiyalara səbəb ola bilər. Ona görə də gün ərzində istifadəsi 2 qaşığı keçməməlidir.
Udi hindi yağı burun və boğaz iltihablarında, mədə və bağırsaq problemlərində, bronxit, cinsi istəksizlik, düzənsiz mensturasiya, idrar qaçırma kimi problemlərdə müsbət nəticə verər.
Bu yağ xəstəlikdən asılı olaraq müxtəlif cür istifadə edilir. Nəfəs yollarındakı iltihab üçün 15 gün ərzində gündə bir çay qaşığı, bağırsaq və mədə problemləri üçün 1 yemək qaşığı udi hindi yağı gündə iki dəfə içilə bilər. Bunu 10 gün davam edin. Ağciyər problemləri, astma, cinsi istəksizlik, idrar problemləri kimi hallarda isə bal ilə qarışdırılaraq, 10 gün gündə iki dəfə içə bilərsiniz. Udi hindi yağı ağıziçi yaralarda da faydalıdır.