Mətbəxdə bitki yağı önəm kəsb edir. Ən populyar və sərfəli günəbaxandır. Amma bunun faydası azdır. Foodinfo.az Doctorpiter.ru-ya istinadən xəbər verir ki, günəbaxan yağından istifadə edərək omlet, kotlet və balıqları qızardırıq, onunla tərəvəz salatları hazırlayırıq.
Eskpertlər hesab edir ki, qidalar günəbaxan yağında qızardıldıqda qeyri-sabit və tez oksidləşən poli doymamış yağ turşuları yaranır.
Biz günəbaxan yağı istehlak etdikdə, oksidləşmiş PUFA-lar hüceyrə membranlarında toplanır və dağıdıcı oksidləşdirici reaksiyalar zənciri başlayır.
Məhz bu oksidləşmiş molekullar orqanizm üçün ən çox zərərlidir.
Həkimlər qızartmaq üçün yüksək temperatura davamlı piylərdən istifadə etməyi tövsiyə edir.
Həmçinin zeytun yağı, faydalı xüsusiyyətlərinə baxmayaraq, qızartmaq üçün deyil.