Yerkökü tərkibindəki beta-karotinlə göz sağlamlığına müsbət təsir göstərir. Foodinfo.az xəbər verir ki, Fransa Oftalmoloji Cəmiyyətinin üzvü Dr. Pierre Morel “Le Figaro” qəzetinə bildirib ki, beta-karotin A vitamininə çevrilərək gözün torlu qişasını gücləndirir. A vitamini çatışmazlığı gecə korluğu və digər görmə problemləri ilə nəticələnə bilər. Yerkökü həmçinin antioksidantlarla zəngindir və yaşa bağlı göz xəstəliklərinin inkişaf riskini azaldır.

Dr. Morel yerkökünün təkcə təzə deyil, bişmiş formada da faydalı olduğunu qeyd edir. Gündə bir ədəd yerkökü yemək həm uşaqlar, həm də böyüklər üçün göz sağlamlığını qorumağa yardım edir. Bu tərəvəz həm də dəri üçün faydalıdır və immun sistemini gücləndirir.