Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik edib. Foodinfo.az-ın məlumatına görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, ölkə ərazisində distant (məsafədən) təhsilin müddəti dekabrın 30-dək uzadılıb.