“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.
Foodinfo.az xəbər verir ki, 14-19 iyun 2021-ci il tarixlərində AQTA tərəfindən ümumilikdə 6 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 4 ədədi Çin, 2 ədədi isə Türkiyə istehsalıdır.
№ | İstehsalçı ölkə | İstehsalçı şirkət | Preparatın adı | Preparatın növü |
1 | Çin Xalq Respublikası | Hebei Huarun Pharmacy Co. Ltd | Poli-Oksi 10%-li | baytarlıq preparatı |
2 | Çin Xalq Respublikası | Hebei Huarun Pharmacy Co. Ltd | Poli-Oksi 20%-li | baytarlıq preparatı |
3 | Çin Xalq Respublikası | Hebei Huarun Pharmacy Co. Ltd | Poli-Tilazin (Tilozin inyeksiya 5%-li) | baytarlıq preparatı |
4 | Çin Xalq Respublikası | Hebei Huarun Pharmacy Co. Ltd | Streptomisin-vet (inyeksiya üçün toz) | baytarlıq preparatı |
5 | Türkiyə | Faber Kimya & İlaç San.Tic.Ltd.Şti | AcidR ex Desamin-T | baytarlıq preparatı |
6 | Türkiyə | DEVA Holding A.Ş | Mastispiro | baytarlıq preparatı |