Ağdaşda qadın xaş yeməyindən zəhərlənib. Foodinfo.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Yuxarı Ləki kəndində baş verib. Kənd sakini, 2001-ci il təvəllüdlü, ailəli Səmədova Aygün Mehman qızı gecə saat 23 radələrində evlərində xaş yeməyi yeyib. Yeməkdən dərhal sonra A. Səmədovanın halı pisləşib və o, Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada qadına zəhərlənmə diaqnozu qoyulub və o, təcili Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.