Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.
Foodinfo.az xəbər verir ki, bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisiəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".