Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Monqolustan dövlətinin nümayəndə heyəti ilə görüş keçirilib. Foodinfo.az xəbər verir ki, Monqolustanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bold Ravdanla görüşən AQTA-nın sədr müavini Balarəhim Quliyev Agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verib. Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.