Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.
Foodinfo.az xəbər verir ki, görüşdə heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Daha sonra Respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdəki heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə bağlı təqdimatla çıxış edib. Eləcə də, Agentliyin fəaliyyət istiqamətləri, ölkə ərazisində baytarlıq nəzarəti, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətinə ölkəmizdə baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.
Son xəbərlər
- Həkim xurmanın ölümcül təhlükəsi barədə xəbərdarlıq edib
- Arıqlamaq və 20 il daha uzun yaşamaq üçün ideal səhər yeməyi
- Dostlarının yemək qalıqlarını yemədiyi üçün sevgilisindən ayrıldı
- 15 il ərzində hər gün eyni şeyi yeyir - SƏBƏB
- Mükəmməl şorbanın düsturu məlum oldu
- Qadın meşədən bahalı göbələk tapdı