Bakı şəhər sakini Ramin Bayramov Foodinfo.az-a "Araz" marketlər şəbəkəsinin Qaraçuxur qəsəbəsində yerləşən filialından şikayət edib. Müştəri deyir ki, iyun ayının 2-si, saat 17:13 radələrində marketdən alış-veriş edib. Amma kassada növbə çox olub. "Qaydaya görə əgər 5 müştəri gözləyirsə növbəti kassa açılmalıdır. Amma "Araz" marketdə bunu görmədim. Xeyli gözləyəndən sonra nəhayət bizə də növbə çatdı."
"Araz" marketlər şəbəkəsinin mövqeyini dərc etməyə hazırıq. Müştərinin göndərdiyi fotoları təqdim edirik: