Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən tədbirlərin və göstərilən xidmətlərin səviyyəsini, həmçinin ictimai rəyi öyrənmək üçün onlayn qaydada sorğular keçirir. Agentlikdən Foodinfo.az-a bildirilib ki, sorğuların keçirilməsində məqsəd sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin, eləcə də fitosanitar və baytarlıq nəzarəti, qeydiyyat, idxal-ixrac əməliyyatlarının təkmilləşdirilməsindən ibarətdir.
Odur ki, AQTA tərəfindən həyata keçirilən tədbirlərin inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq məqsədilə Sizi sorğularda iştiraka dəvət edirik.
Göstərilən linkə daxil olaraq (afsa.gov.az/az/info/query) "Laborator xidmətlərin göstərilməsinə dair", "Qeydiyyat və dövlət reyestrinin aparılmasına dair", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin idxalına dair", "Fitosanitar, baytarlıq və qida təhlükəsizliyi nəzarəti tətbiq olunan yüklərin ixracına dair" və digər bu kimi mövzularda hazırlanmış sorğularda iştirak edə bilərsiniz.