2021-ci ildə Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 7,9%-i artıq çəkidən əziyyət çəkib.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Eyni dövrdə bu göstərici kişilərdə 3,3 %, qadınlarda isə 4,6 % olub.

Hesabat dövründə əhalinin artıq çəkisinin ən yüksək göstəricisi 15,1%-lə 65 yaş və yuxarı yaş qrupunda qeydə alınıb. 45-64 yaş qrupunda əhalinin artıq çəkisinin nisbəti 13,1%, 20-44 yaş qrupunda 3,2 %, 15-19 yaş qrupunda isə 0,2 % olub.

2021-ci ildə 15-19 yaş aralığında kişilərin 0,1%-I, 20-44 yaş aralığındakıların 1,9%-i, 45-64 yaş aralığındakıların 5,1 %-I, 65 yaş və yuxarı yaş aralığındakıların isə 5,2 %-I artıq çəkidən əziyyət çəkib.

Bu dövrdə 15-19 yaş aralığında qadınların 0,1 %-i, 20-44 yaş aralığındakı qadınların 1,3 %-i, 45-64 yaş aralığındakı qadınların 8%-i, 65 yaş və yuxarı yaş aralığındakı qadınların 9,9%-i artıq çəkili olub.

Şəbnəm