Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1 181,398 min qoyun və keçi olub.

Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə iribuynuzlu mal-qaranın sayı illik müqayisədə 0,5 % çoxdur. 

İşğaldan azad edilmiş ərazilərdəki qoyun və keçilərin 63,1 %-i və ya 745,259 mini Qarabağ iqtisadi rayonunda, 36,9 %-i və ya 436,139 mini isə Şərqi Zəngəzur iqtisadi rayonun payına düşüb. 2022-ci ildə Qarabağ iqtisadi rayonundakı qoyun və keçilərin sayı 0,3% azalıb, Şərqi Zəngəzur iqtisadi rayonundakı keçi və qoyunların sayı isə 1,7% artıb.

Şəbnəm