Bakıda marketdən 10 min manat dəyərində ərzaq malları oğurlanıb.

Foodinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə paytaxtın Nərimanov rayon ərazisindəki marketlərdən birində baş verib. Belə ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 000 manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.