Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) Dağıstan Respublikası üzrə İdarəsi 18 tondan çox pomidoru Azərbaycandan Rusiyaya gətirilməsinə qadağa qoyub.
Foodinfo xəbər verir ki, “Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə İdarəsinin əməkdaşları tərəfindən Azərbaycandan gətirilən iri partiya təzə pomidorda təhlükəli karantin obyekti olan Cənubi Amerika pomidor güvəsi aşkar edilib. Çəkisi 18 tondan çox olan yük “VİADUK” müvəqqəti saxlanc anbarında saxlanılıb”, - İdarədən məlumat verilir.
“Nəticədə, qeyd olunan partiya göndərən ölkəyə geri qaytarılıb. Yük sahibi inzibati məsuliyyətə cəlb olunub”, - məlumatda vurğulanır.