Balıq qoxusu bəzən insanlarda rahatsızlıq yaradır. Bu qoxudan qurtulmaq üçün bir neçə təsirli üsul mövcuddur.

Foodinfo.az bu üsullardan bəzilərini təqdim edir:

1. Limon suyu

Balıqları bişirmədən əvvəl və ya sonra limon suyu ilə yumaq qoxunu azaldır. Limon turşusu balığın tərkibindəki xoşagəlməz qoxunu neytrallaşdırır.

2. Sirkə buxarı

Mətbəxdə balıq bişirilərkən bir qazanda su və sirkə qaynadılması qoxunun udulmasına kömək edir.

3. Qəhvə və ya vanil

Bişirildikdən sonra otaqda qəhvə və ya vanil ekstraktı ilə qoxunu aradan qaldırmaq olar.

Bu üsullar balıq qoxusunu effektiv şəkildə azaldır və mətbəxi təmiz saxlayır.