Nizamsız qidalanma damarları tıxayır. Tıxanan damarlar isə ölüm risqini artırır. Foodinfo.az damarları təmizləyən qidaları təqdim edir. 1. Yaşıl çay - Yaşıl çay damarlara ziyan edən oksidativ stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidanlar xolesterolu aşağı salır və ürəyi qoruyur. 2. Açai üzümü – Xüsusi ilə xolestrolu aşağı salan bu meyvə qan axışını tənzimləyir. Bu isə ürəyin işi üçün çox faydalıdır. 3. Darçın - Antioksidan qaynağı olan darçın qandakı şəkəri aşağı salır və damarlar üçün də çox faydalıdır. Gündə 1 çay qaşığı darçın qandakı yağ nisbətini yüzdə 26 azaldır. 4. Badam - E vitamin, həll edilən lif və doymamış yağlar qaynağı olan badam tərkibindəki antioksidanlar sayəsində damarlardakı fəsadı əngəlləyir. 5. Sarıkök - damar təmizliyində ən təsirli ədviyyatlardan biridir. Həmçinin damar sərtliyini və yağ toplanmasını əngəlləyir. 6. Quşqonmaz - damarlardakı təzyiqi azaldır və bunun sayəsində qan axınını sürətləndirir. Damar tıxanıqlığı, iltihablanmaya da müsbət təsir edir. 7. Yulaf - xolesterolu aşağı salır, damarları təmizləyir. 8. Zeytun yağı - Ürək xəstəlikləri riskini azaldan zeytun yağı antioksidanlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı salır. 9. Brokoli - K vitamini və liflə zəngin olan bu qida xolesterolu və təzyiqi aşağı salır. K vitamini damarlardakı kalsium səviyyəsini nizamlayır. 10. Nar - Tərkibindəki antioksidanlar sayəsində qan axınını artırır və damarların tıxanmasını  əngəlləyir.