Kosmosdan hansısa səma cisminin Yerə düşməsi ehtimalı bütün dünyada geniş müzakirə olunur. Bəs bu hadisə baş verərsə, insanların həyatı, xüsusən qidalanması necə dəyişər? Bu barədə Foodinfo.az Türkiyə KİV-ə istinadən xəbər verir. 

Aparılan bir çox araşdırmalar 66 milyon il əvvəl dünyanın atmosferinə daxil olan asteroidin dənizə çırpıldığını və ABŞ-nin Xirosimaya atdığı atom bombasından 6,5 milyard dəfə güclü bir partlayışın baş verdiyini göstərib. 

Partlayışın təsiri ilə atmosferə toz və kükürd buludu yüksəlib, iki il ərzində günəş işığı və istiliyi dünyanın səthinə çatmadı. Belə olan halda isə fotosintez dayandığı üçün bütün bitkilər məhv oldu. 

Elə dinozavrlar da qida zəncirindəki bu qırılma ilə məhv oldular. 

Ancaq aparılan araşdırmalar göbələklərin hətta bu partlayışdan sonra da mövcud olduğunu göstərib. Məhz bu səbəbdən də ekspertlər gələcəkdə bu cür faciə ilə üz-üzə qalınacağı halda bəşəriyyətin sağ qala bilməsi üçün göbələklərin vacib rol oynadığını qeyd edirlər.

Leyla