Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri Tərtər rayon ərazisini atəşə tutub.
Foodinfo.az-ın məlumatına görə, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Düşmən saat 10 radələrindən başlayaraq, yenidən dinc sakinləri hədəfə alaraq ağır artilleriyadan istifadə edib.
Ermənilər Tərtər şəhəri, rayonun Şıxarx qəsəbəsi, Qapanlı, Əskipara, Səhləabad kəndlərinə ümumilikdə 50-yə yaxın top mərmisi atıb.
Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.