Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdardakı sürüşmə ərazisinə gedib. Foodinfo.az xəbər verir ki, o, əraziyə baxış keçirib, vəziyyətlə tanış olub. Qeyd edək ki, 28 yanvar tarixində axşam saatlarında Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə avtomobil yolunda torpaq sürüşməsi baş verib.