Dünyanın ən güclü silahlanan ölkəsi İsraildir. Foodinfo.az xəbər verir ki, bu barədə Almaniyada Sülh Araşdırmaları İnstitutu (BICC) tərəfindən yayımlanan Qlobal Silah İndeksi (GMI) hesabatında qeyd olunub.
Bildirilib ki, 20 milyard dollarlıq hərbi xərcləri ilə İsrail 2007-ci ildən bu günə qədər lider olaraq qalır.
Siyahıda 10-luğa Bəhreyn, Səudiyyə Ərəbistanı, Sinqapur, Rusiya da daxil edilib.
Yunanıstan isə hesabata görə, 12-ci sıradadır. Ölkə Şərqi Aralıq dənizindəki gərginlikdən sonra Türkiyə ilə qarşı-qarşıya gəlib və son dövrlər silahlanmağa başlayıb.
Türkiyə isə siyahıda 20-ci sırada qərarlaşıb.
Son xəbərlər
- Hansı göyərtilər daha çox faydalıdır?
- Yemək zamanı qəhvə və çay içmək olarmı?
- Bu qida ürək və qan damarlarının optimal işləməsinə kömək edir
- Yeməyi soyuducuda necə düzgün saxlamaq olar?
- Bu iki məhsul qan damarlarını gücləndirəcək, qocalığı gecikdirəcək
- Gündə iki qramı belə orqanizmi məhv edir