Azərbaycan ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə fərdi tədris və repetitor xidmətlərinə icazə verilməyəcək.
Foodinfo.az xəbər verir ki, bu xidmətlər Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında yoxdur.
Həmçinin 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bərbərxanalar, gözəllik salonları, masaj, hamam və kosmetik xidmətlərin fəaliyyəti də dayandırılır.