Bu ilin yanvarında Gürcüstan Azərbaycana 3,8 mln. ABŞ dolları həcmində yerli istehsal məhsulları ixrac edib. Foodinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında məlumat verilib.
Qeyd olunub ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 59,8% azdır. Hesabat dövründə Azərbaycana ixrac Gürcüstanın ümumi yerli məhsullar ixracının 2,2%-ni təşkil edib. Ötən ilin yanvarında isə Gürcüstanın Azərbaycana bu kateqoriya üzrə məhsul ixracı 9,5 mln. dollar təşkil edib və ümumi ixracda payı 6%-ə bərabər olub. Cari ilin yanvarında Gürcüstan ən çox yerli məhsulu Çinə ixrac edib (43,3 mln. dollar). Hesabat dövründə ixracın ümumi həcmi isə 177,1 mln. dollara bərabər olub ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 12,4% çoxdur. Hesabat dövründə yerli məhsulların ixracı Gürcüstanın ümumi ixracının 67,4%-ni təşkil edib.
Son xəbərlər
- Ət üçün daha ucuz və sağlam əvəzedici
- Kişi timsahla “döyüşərək” həyatını xilas edib
- Kosmetoloq dəri üçün faydalı və zərərli məhsullardan danışıb
- İmmuniteti gücləndirən məhsulları siz də tanıyın
- Diyetoloq keyfiyyətsiz qozun zərərlərindən danışıb
- Ən faydalı göbələk: Çox antioksidant ehtiva edir