Həftə sonları gec yatmaq uşaqlarda çəki almaqla bağlı ola bilər.
Foodinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-də araşdırma dərc olunub.
Aparılan araşdırmalar həftə sonları daha gec yatan uşaqların bel ətrafının daha geniş, bədən çəkisi indeksinin isə daha yüksək olduğunu göstərib. Bu cür uşaqlar daha nizamlı yuxu rejiminə sahib yaşıdları ilə müqayisə ediliblər. Ekspertlər hesab edirlər ki, həftə sonları gec yatmaq uşaqların çəki qazanmasına səbəb ola bilər. Həmçinin tövsiyə olunan yuxu miqdarından daha az yatan uşaqların çəki problemi ilə üzləşdiyi qeyd olunur.