Gerontoloq Valeri Novoselov erkən qocalmanın səbəblərindən danışıb.

Foodinfo.az xəbər verir ki, mütəxəssis Radio 1-ə verdiyi müsahibədə "hərəkət etməsək, daim həddindən artıq yemək yesək, daha tez qocalacağıq" deyib.

Mütəxəssisin fikrincə, daha balanslı qidalanmaq lazımdır.

Qazlı içkilər, fast food, hazır yeməklər, dondurulmuş pizza və mağaza çörəyində artıq karbohidrat var.

Bu cür qidaları yemək şişkinlik, üzün qızartı, quru dəri və səpgilərə səbəb ola bilər.