Azərbaycanda 2021-ci ildə 252 nəfər ilk dəfə süzənək diaqnozu ilə qeydiyyata alınıb.
Foodinfo.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.
Bu da əhalinin 100 mininə 2,5 nəfər düşür.
2020-ci ildə ölkədə 171 nəfərə, 20019-cu ildə isə 306 nəfərə ilk dəfə süzənək diaqnozu qoyulub. Azərbaycanda ilk dəfə süzənək diaqnozu qoyulanların sayı son 2 ildə müvafiq olaraq 47,4 % çox və 17,6 % çox olub.
Hesabat dövründə ilk dəfə süzənək diaqnozu qoyulan şəxslərin 79,8 %-I və ya 201-i kişi (əvvəlki illə müqayisədə 47,8 % çox), 20,2 %-i və ya 51-i qadın (45,7 % çox) olub.
2021-ci ildə Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan süzənəklə xəstələnənlərin sayı əvvəlki illə müqayisədə 82,4 % artaraq 62-yə çatıb. Bu dövrdə əhalinin hər 100 min nəfərinə düşən süzənəkli xəstələrin sayı isə 0,3-dən 0,6-ya yüksəlib.
Azərbaycanda müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan süzənəkli xəstələnənlərin 54-ü kişilər, 8-i isə qadınlar təşkil edib. Son nəticədə bu xəstəliyə yoluxan kişilərin sayı illik müqayisədə 80 %, qadınların sayı isə 2 dəfə artıb.
Şəbnəm