Alimlər tərəfindən xərçəng xəstələri üçün ciddi təhlükə sayılan, xəstəxanaları ziyarət edən hər kəsi təhdid edən dərmanlara qarşı müqavimətli bir sıra infeksiyaları antibiotiklərsiz sağaltmağın yolunu tapılıb.
Foodinfo.az xəbər verir ki, araşdırma Kopenhagen Universitetinin ekspertləri tərəfindən keçirilib.
Araşdırmalarda bakteriyaları yoluxduran viruslar tərəfindən təbii olaraq istehsal edilən bir fermentin süni versiyasını istifadə edilib. Ekspertlər bu fermenti dəri linfoması xəstələrindən götürülmüş biopsiya nümunələrindəki “Staphylococcus aureus” bakteriyasını aradan qaldırmaq üçün istifadə ediblər.
Araşdırma zamanı həmçinin endolizin adlı yeni bir antibakterial maddə test edilib. Bunlar bakteriyaları yoluxduran viruslar tərəfindən təbii olaraq istehsal olunan fermentlərdir.
“Ağır dəri linfoması xəstələri üçün stafilokoklar aradan qaldırılması müşkül bir problemdir. Bunun səbəbi bir çox xəstənin antibiotikləri qarşı müqavimətli virusla yoluxmasıdır. Bu problemə görə hər insana antibiotik verə bilmirik. Sözügedən infeksiyaları müalicə etməyin və ya qarşısını almağın yeni yollarını tapmaq çox önəmlidir”, - deyə immunoloq Niels Odum bildirib.