
Musiqi yalnız əyləncə vasitəsi deyil, həm də güclü stress azaldıcıdır. Foodinfo.az xəbər verir ki, sevilən musiqini dinləmək kortizol hormonunun səviyyəsini azaldaraq sakitləşdirici təsir göstərir. Toronto Universitetindən psixoloq Dr. Daniel Levitin “National Geographic” jurnalına açıqlamasında bildirib ki, musiqi beyində dopamin ifrazını artırır. Onun sözlərinə görə, bu hormon insanın motivasiyasını və xoşbəxtliyini gücləndirir.
Dr. Levitin qeyd edib ki, musiqi dinləyən şəxslərin stress göstəriciləri 25% aşağı olur. Araşdırmalar göstərib ki, klassik musiqi ürək döyüntülərini stabilləşdirir. Mütəxəssis əlavə edib ki, musiqi dinləmək yuxu keyfiyyətini də yaxşılaşdırır. Dr. Levitin vurğulayıb ki, musiqi beyində emosional mərkəzləri aktivləşdirir. Bu, insanın mənfi düşüncələrdən uzaqlaşmasına kömək edir. Mütəxəssis bildirib ki, musiqi həm də immun sisteminə müsbət təsir göstərir. Çünki sakitlik və rahatlıq bədənin müdafiə qabiliyyətini artırır.
Dr. Levitin musiqini hər gün ən azı 20 dəqiqə dinləməyi məsləhət görür. Onun sözlərinə görə, musiqi meditasiya qədər təsirli ola bilər. Mütəxəssis hesab edir ki, musiqi həyatın təbii “dərmanı”dır.