Özbəkistan Prezidenti  Şavkat Mirziyoyev ölkədə ərzaq qiymətlərinin bahalaşmasının qarşısının alınması ilə bağlı tədbirlərə start verib.

Bu barədə Foodinfo.az Rusiya KİV-ə istinadən xəbər verir.

Prezident qeyd edib ki, dünyada müşahidə olunan ərzaq məhsullarının rekord qiymət artımı iki ildir inflyasiyanın qlobal miqyasda 15-20 faizdən aşağı düşməsinə imkan vermir. Bu dövrdə taxıl və şəkərin qiyməti son ilin maksimumuna yüksəlib. 

“Məsul şəxslərə mümkün ərzaq çatışmazlığını və bazarlarda qiymət artımını qabaqcadan proqnozlaşdırmaq tapşırılıb. Ərzaq məhsullarında qiymət artımı 10 faiz həddində olmalıdır”, - deyə Ş.Miriyoyev bildirib.

Fərid