Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pambıq ixracatçıları ilə videokonfrans formatında görüş keçirib.
Foodinfo.az xəbər verir ki, Agentliyin Aparat rəhbəri Elxan Mikayılovunun iştirak etdiyi görüşdə pambıq məhsullarının ixracatı ilə bağlı sahibkarların üzləşdiyi çətinliklər, ixrac zamanı nümunələrin laboratoriyalara təqdim edilməsi və s. müzakirə olunub. Pambıq məhsullarının ixrac proseduru ilə bağlı bir sıra məsələlər ixracatçı sahibkarların diqqətinə çatdırılıb.
Sonda ixracatçıları maraqlandıran suallar cavablandırılıb, onlara bir sıra tövsiyələr verilib və təklifləri dinlənilib.